Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsində aparıcı məsləhətçi və məsləhətçinin (kompüter üzrə) vəzifələri məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Aparıcı məsləhətçi və məsləhətçi (kompüter üzrə):
– kompüter və digər avadanlıqların texniki və proqram təminatı ilə bağlı informasiya təhlükəsizliyinə əməl olunmasına nəzarəti təşkil edir;
– daxil olan müraciətlər və sənədlər, habelə xidməti fəaliyyətlə bağlı məlumatları aidiyyəti informasiya sisteminə daxil edir;
– məlumat bazalarının fəaliyyətini və mühafizəsini təmin edir və onların ehtiyat nüsxələrini yaradır;
– informasiya texnologiyalarını daim öyrənir və baş idarədə informasiya texnologiyalarının səmərəli istifadəsi və bu sahədə işin təkmilləşdirilməsi barədə təkliflər verir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır;
– xidməti fəaliyyətlə bağlı baş idarənin rəhbərliyinin tapşırıqlarını yerinə yetirir.