Bina və qurğuların təyinatı və tullantı sularının kənarlaşdırılması ilə bağlı irəli sürülən tələblərdən asılı olaraq hansı daxili kanalizasiya sistemləri nəzərdə tutulmalı olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu,  “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Bina və qurğuların təyinatı və tullantı sularının kənarlaşdırılması ilə bağlı irəli sürülən tələblərdən asılı olaraq aşağıdakı daxili kanalizasiya sistemləri nəzərdə tutulmalıdır:

– məişət – sanitar-texniki cihazlardan (unitazlardan, əlüzyuyanlardan, vannalardan, duşlardan və s.) tullantı sularını kənarlaşdırmaq üçün;

– istehsalat – istehsalat, o cümlədən yanğın söndürülməsindən sonra yaranan tullantı sularını kənarlaşdırmaq üçün;

– birləşmiş – məişət və istehsalat tullantı sularını birlikdə kənarlaşdırmaq üçün (tullantı sularının tərkibi və miqdarından asılı olaraq bir və ya bir neçə);

– daxili suaxıdıcılar – bina damlarından yağış və ərimiş qar sularını kənarlaşdırmaq üçün.

İstehsalat və çoxfunksiyalı binalarda tərkibinə, aqressivliyinə, temperaturuna və digər göstəricilərinə görə fərqlənən və qarışdırılmasına yol verilməyən və ayrılması içməli suya qənaət baxımından məqsədəuyğun olan tullantı sularını kənarlaşdırmaq üçün bir neçə kanalizasiya sisteminin nəzərdə tutulmasına yol verilir.