Bina daxili kanalizasiya və suaxıdıcı sistemlər üçün polimer materiallardan borular qəbul edildikdə hansı şərtlərə əməl etmək lazım olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu,  “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Bina daxili kanalizasiya və suaxıdıcı sistemlər üçün polimer materiallardan borular qəbul edildikdə aşağıdakı şərtlərə əməl etmək lazımdır:

  1. a) polimer materiallardan kanalizasiya boru kəmərlərinin binanın döşəməsinin altında torpaqda, mümkün yüklər nəzərə alınmaqla çəkilməsinə yol verilir;
  2. b) kanalizasiya dik boruları onlara yaxınlaşmanı təmin edən üzlük panel istisna olmaqla əhatəedici konstruksiyaları yanmayan materiallardan olan kommunikasiya şaxtalarında, ştrablarda, kanallarda və qutularda yerləşdirilməlidir;
  3. c) üzlük panel qapı şəklində, yanma qrupu Q2-dən aşağı olmayan, yanan materiallardan hazırlanır;

ç) binaların zirzəmilərində (istehsalat, anbar və xidməti otaqları olmadıqda), həmçinin çardaqlarda və yaşayış binalarının sanitariya qovşaqlarında polimer materiallardan kanalizasiya və suaxıdıcı boru kəmərlərinin açıq çəkilməsinə yol verilir;

  1. d) dik boruların örtüklərdən keçən hissəsi örtük qalınlığı boyu sement məhlulu ilə doldurulmalıdır;
  2. e) dik borunun örtükdən 8-10 sm yuxarı hissəsi (üfüqi kənarlaşdırıcı boruya qədər) 2-3 sm qalınlıqda sement məhlulu ilə örtülməlidir;

ə) dik borular məhlulla örtülməzdən əvvəl aralarında boşluq olmadan hidroizolyasiya materialı (üstü şpaqat və ya yumşaq məftillə sarınmış, iki laydan ibarət perqamin, tol, ruberoid) ilə sarınmalıdır.