Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin vəzifələri sırasına ədliyyə orqanlarında ştat vahidlərindən səmərəli istifadə olunması məqsədilə ştatların hərəkətinə dair Nazirliyin sisteminə daxil olan aidiyyəti qurumların rəylərini öyrənmək və təkliflər vermək və komissiyalarda və işçi qruplarda Nazirliyi təmsil edəcək nümayəndələr barədə təkliflər vermək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Nazirliyin kollegiyasına baxılmaq üçün çıxarılan kadr məsələlərinə dair materiallar hazırlamaq və təqdim etmək və ədliyyə orqanlarında insan kapitalının inkişafı və insan potensialının artırılması sahəsində proqnozlar hazırlamaq və tədbirlər həyata keçirtmək də bu vəzifələr sırasındadır.