Faydalı qazıntı hasil olunan laylı yatağın işlənən sahələrində layihələndirilən karkassız binaların uzununa oxları yer səthində çıxıntıların yaranmaması şərti ilə layların uzununa boyu üzrə yönləndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Çıxıntıların yaranması gözlənilən meydançalarda binaları çıxıntılar arasında yerləşdirmək və ya onların oxunu layların uzununa çarpaz yönləndirmək məqsədəuyğundur. Geoloji pozulmalar olan sahələrdə binaların uzununa oxları yerdəyişmələrin azalması istiqamətinə yönəldilməlidir.