Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin vəzifələri sırasında Nazirliyin rəhbərliyinin göstərişinə əsasən ədliyyə sistemində insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsinə nəzarətin həyata keçirilməsində, kobud şəkildə pozulması halları ilə bağlı Nazirliyin sisteminə daxil olan qurumlar tərəfindən aparılan müvafiq yoxlamalarda iştirak etmək, onların nəticələrini ümumiləşdirmək var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Həmçinin bu vəzifələr sırasında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi ilə əməkdaşlıq etmək, bu sahədə ədliyyə qurumlarının fəaliyyətini əlaqələndirmək, ümumiləşdirmələr aparmaq, həmin məhkəmə tərəfindən ölkəmizlə bağlı çıxarılan qərarlar barədə Nazirliyin rəhbərliyini məlumatlandırmaq da əksini tapıb.