Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin hüquqları sırasında hüquqi maarifləndirmə sahəsində ədliyyə işçilərinə metodik köməklik göstərmək, aparılan işin Nazirliyin sisteminə daxil olan qurumlarla əlaqələndirilməsini təmin etmək var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Həmçinin bu hüquqlar sırasında müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək, İdarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilən işin təkmilləşdirilməsinə dair təkliflər vermək və vəzifələrinin icrası ilə əlaqədar digər hüquqları həyata keçirmək də əksini tapıb.