Layihə tapşırığına uyğun olaraq fərdi yaşayış evlərində liftlərin, əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş evlərdə isə xüsusi qaldırıcı qurğuların quraşdırılmasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Əlilliyi olan şəxslər (o cümlədən təkərli oturacaq təyin edilmiş) yaşayan fərdi evlərdə STN 62-yə uyğun münasib həyat və fəaliyyət şəraitinin təmin olunması tövsiyə edilir.