Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin vəzifələri sırasına işçilərə müraciətləri əsasında kadr məsələləri ilə bağlı arayışlar vermək və epidemiya, yoluxucu xəstəliklər və fövqəladə hallar zamanı insan resurslarının xüsusi göstəriş və qaydalara uyğun olaraq idarə olunmasını təşkil etmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu vəzifələr sırasında əmək müqavilələrinin layihəsini hazırlamaq və rəsmiləşdirildikdən sonra müvafiq qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” və “Məşğulluq” altsistemlərində qeydiyyatdan keçirilməsini təmin etmək də var.