Şəhərlərdə fərdi yaşayış evlərin tikintisi təsdiq olunmuş ərazi planlaşdırma sənədləri əsasında yaşayış zonasının həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin zonasında həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Fərdi yaşayış evlərinin otaq sayı, tərkibi və ölçüləri, həmçinin onların mühəndis-kommunikasiya təminatı sistemi ilə təchizatı bu normalarının tələbləri nəzərə alınmaqla sifarişçi tərəfindən layihə tapşırığında müəyyən edilir.