Hava mühitinin qazlılığı daşınan qazanalizatorla yoxlanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Cihazların göstəriciləri, nümunənin götürülmə tarixi və vaxtı göstərilməklə, hava mühitinə nəzarət jurnalına yazılmalıdır. Jurnal sahənin və ya xidmətin növbə rəisində olmalıdır.