Hissələr arasında deformasiya tikişləri əsasın deformasiyaları zamanı hissənin yana sərbəst əyilməsini və dönməsini təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Deformasiya tikişləri bina və qurğunun qonşu hissələrini bünövrə və dam daxil olmaqla binanın hündürlüyü boyu bölməlidir. Deformasiya tikişləri zonasında yükdaşıyan divarlar altında bünövrələr bütöv qoyulur. Deformasiya tikişinin eninin azaldılması məqsədilə növbələşən bünövrələrin tətbiqinə yol verilir.