Dövlət xəzinədarlıq hesablarına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xidmət göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan əməliyyatlar üzrə xidmət haqları, habelə konvertasiya əməliyyatları üzrə tariflərin ödənişi bu Qaydaya uyğun olaraq Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi (Operator) tərəfindən təmin edilir.