Monqolustanın paytaxtı Ulan-Batorda çənində 60 ton maye qaz  daşıyan yük maşını qəzaya uğrayıb, nəticədə partlayış baş verib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə “CentralAsia” nəşri məlumat yayıb.

Partlayışdan sonra başlayan yanğın yaşayış binasına və bazara keçib.

İlkin məlumatlara görə, fövqəladə hadisə nəticəsində azı 24 nəfər ölüb, onlardan üçü yanğınsöndürəndir.