Soyuq su təchizatı sistemlərindəki basqısız çən-akkumulyatorlar və isti su təchizatının həcmli suqızdırıcıları hamamlarda, camaşırxanalarda və qısa müddətli su sərfi olan digər istehlakçılar üçün su ehtiyatı yaratmaq məqsədilə nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Sənaye müəssisələrinin 10 və daha artıq duş torlu qrup duşxanaları olan inzibati-məişət binaları və otaqlarında aşağıda göstərilənləri qoymaq lazımdır:
– qapalı istilik təchizatı sxemlərində həcmli suqızdırıcılar;
– açıq istilik təchizatı sxemlərində xarici şəbəkə və qurğular tərəfindən tələb olunan sərfin verilməsi mümkün olmayan hallarda lazımi su ehtiyatı yaratmaq üçün təzyiqsiz çən-akkumulyatorlar. Çən-akkumulyatorların qoyulmasından imtina əsaslandırılmalıdır.