Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin vəzifələri sırasına notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının və qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı, qrant, ianə və xidmət müqavilələri, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin aparılması və Baş idarənin fəaliyyət istiqamətinə aid digər sahələrdə vəziyyəti öyrənmək, ümumiləşdirmək, müvafiq yoxlamalar aparmaq, bu sahələrdə göstərilən hüquqi xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün zəruri tədbirlər görmək, o cümlədən işçilərin peşə hazırlığına dair təlimlər təşkil etmək daxildir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.

Səlahiyyətlərinə uyğun olaraq inzibati xətalar haqqında işlərə baxmaq və protokol tərtib etmək və  notariat fəaliyyəti üzrə peşə hazırlığını müəyyən edən ixtisas komissiyasının fəaliyyətinin təşkilati təminatını həyata keçirmək də bu vəzifələr sırasındadır.