6 nömrəli məktəb-liseydə II sinif şagirdinin bir neçə VII sinif şagirdi tərəfindən cinsi istismara məruz qaldığı iddia edilən hadisə ilə bağlı pedaqoji şuranın iclası keçirilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva məlumat verib.
O bildirib ki, VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib:
“Digər uşaqlarla bağlı da addımlar atılacaq. Həmçinin II sinif şagirdinin valideyninə də bu istiqamətdə təklif edilib”.