Aktyor Azər Qurbanov vəfat edib.
Heftelik.az xəbər verir ki, bu barədə Yusif Şeyxov sosial mediada paylaşım edib.
Qeyd edək ki, Azər Qurbanov daha çox “Sehrli xalat” filmindəki Rəşid rolu ilə məşhurdur. O, uzun müddətdir ki, ABŞ-da yaşayırdı.
“Biz Azər Qurbanovla “Facebook” vasitəsilə danışırdıq. Dünən gecə onun messengerindən oğlu mənə yazdı. Bildirdi ki, atası 1 ay əvvəl xəstəlikdən vəfat edib”, – Yusif Şeyxov deyib.
O, aktyorun uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkdiyini vurğulayıb.
Qeyd edək ki, Azər Qurbanov daha çox “Sehrli xalat” filmindəki Rəşid rolu ilə məşhurdur.
Xatırladaq ki, Azər Qurbanov 1955-ci ildə Balakəndə anadan olub. O, “Odessa” kinostudiyasının istehsalı olan “Göy Quş”, “Hakim”, “Xarici Qadın”, “Külək” filmlərində də çəkilib. 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı.
Allah rəhmət eləsin!