Ekranlar stellajların bütün üfüqi kəsiklərini, o cümlədən qoşalaşdırılmış stellajların aralarındakı məsafələri örtməlidir və yükləmə-boşaltma işlərinə mane olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Anbar binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Ekranlar, qabların və altlıqların aşağı tərəfi 150 mm olan kvadrat şəklində müntəzəm yerləşdirilmiş 10 mm diametrli deşiklərə malik olmalıdır. Stellajlarda hər 40 m-dən bir hündürlüyü 2 m-dən və eni 1,5 m-dən az olmayan eninə keçidlər nəzərdə tutulmalıdır. Stellajların hüdudlarındakı keçidlər stellajların konstruksiyalarından yanğın əleyhinə arakəsmələrlə ayrılmalıdırlar. Stellajların eninə keçidlər qurulmuş yerlərində xarici divarlarda qapı oyuqları nəzərdə tutulmalıdır.