Yanvarın 24-ü çərşənbə günü Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi baş tutmalı idi, lakin bu hələ baş vermir.

Heftelik.az-ın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin və Koordinasiya Qərargahının nümayəndəsi Andrey Yusov “Azadlıq” radiosuna deyib.

 

 

“Qeyd edə bilərəm ki, bu gün üçün nəzərdə tutulan mübadilə hələ baş tutmur”.

Qeyd edək ki, bu gün Rusiyanın Belqorod vilayətində İl-76 nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Qəzada 65 ukraynalı əsir və 8 heyəyt üzvü həlak olub. Rusiya hərbçilərin bu gün baş tutmalı olan əsir mübadiləsi çərçivəsində Ukraynaya təhvil verməyi planlaşdırdıqlarını açıqlamışdı.

Ukrayna mətbuatı isə Ukrayna Müdafiə Nazirliyindəki mənbəyə istinadən təyyarənin Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu yazıb.