Qabaqcadan ödənilmiş vəsait üzrə mallar alındıqda, iş və xidmətlər göstərildikdə, təşkilat 2 iş günü ərzində “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi” (XİİS) vasitəsilə bu Qaydayla təsdiq edilmiş “Qabaqcadan ödəniş üzrə dövlət alışları, iş və xidmətlərin qəbulu sənədi”ni Operatora təqdim edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Operator bu sənəd əsasında təşkilatın xəzinə hesabında avans üzrə icra edilmiş alışlar qədər qabaqcadan ödəniş üzrə qalıq məbləğinin azaldılmasını 3 iş günü ərzində təmin edir.