Anbar daxilində yüklərin daşınması, boşaldılması, yerləşdirilməsi və sair məqsədlər üçün istifadə edilən nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yerlərdə anbar binalarının sütunları və boşluqlarının haşiyələri mexaniki zədələnmələrdən mühafizə olunmalı və DÜİST 12.4.026 -ın tələblərinə müvafiq rənglənməlidir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Anbar binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Yükləmə-boşaltma rampaları və platformaları yüklərin və yükləmə-boşaltma mexanizmlərinin atmosfer yağıntılarından mühafizə edilməsi tələbləri nəzərə alınmaqla layihələndirilməlidir.