Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin rəisi Baş idarədə kargüzarlıq işini təşkil edir, “Elektron sənəd dövriyyəsi” informasiya sistemi vasitəsilə daxil olan sənədlərin və müraciətlərin əməkdaşlar arasında bölünməsini təmin edir, Baş idarənin fəaliyyəti ilə bağlı məsələlərin Nazirliyin kollegiyasının müzakirəsinə çıxarılması üçün təşəbbüs göstərir, bu məsələlərin kollegiyanın iclaslarına hazırlanmasını təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş idarəsinin rəisi eyni zamanda komissiyalarda və işçi qruplarda Nazirliyi təmsil edəcək nümayəndələr barədə təkliflər verir, aidiyyəti qurumların təkliflərini öyrənməklə işçilərin rotasiyasının planlı şəkildə həyata keçirilməsi işini təşkil edir, Baş idarənin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görür, bu barədə Nazirliyin rəhbərliyinə təkliflər verir, böyük həcmli tapşırıqların icrasını vaxtında təmin etmək üçün onların icrasını bir neçə əməkdaşa həvalə edir və ya bir əməkdaşın icrasından digər əməkdaşın icrasına verir.