ABŞ Administrasiyası Türkiyəyə “F-16” qırıcı təyyarələrin satışının təsdiqlənməsi üçün Konqresə məktub göndərib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə “CNN Turk” məlumat yayıb.
Prezident Co Baydenin Konqresə ünvanladığı məktubda Türkiyəyə 20 milyard dollar dəyərində “F-16”-lar satılmasının dəstəklənməsi istənilib.
Qeyd edək ki, “F-16”-ın satışı ilə bağlı ABŞ-ın əsas şərtlərindən biri Türkiyənin İsveçin NATO-ya qəbulunu dəstəkləmək olub. İki gün öncə Türkiyə parlamenti İsveçin NATO-ya qəbulu ilə bağlı sənədi ratifikasiya edib.