Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsində baş mütəxəssis (böyük inspektor) və böyük mütəxəssisin (inspektor) hansı işləri icra etdiyi məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş mütəxəssis (böyük inspektor), böyük mütəxəssis (inspektor) vəzifə və iş bölgüsünə əsasən aşağıdakı işləri icra edir:
– daxil olan sənədlərin və müraciətlərin qeydiyyatını aparır;
– daxil olan sənədləri baş idarənin rəisinə və ya onun müavinlərinə, müvafiq dərkənara əsasən icraçılara təqdim edir;
– sənədləri göndərilməsi üçün nazirliyin Katibliyinə təhvil verir;
– sənədlərin və müraciətlərin icra vəziyyəti barədə məlumatların (sənədlərin) müvafiq elektron informasiya sisteminə daxil olunmasını təmin edir;
– icra olunmuş sənədlərin işə tikilməsini və nazirliyin Mərkəzi arxivinə təhvil verilməsini təmin edir;
– baş idarənin işçilərinin icraatına daxil olmuş müraciətlərin və sənədlərin statistik hesabatlarını baş idarə rəhbərliyinə təqdim edir;
– baş idarə rəisinin yazılı göstərişlərinin qeydiyyatını aparır, onların müvafiq qurumlara çatdırılmasını təmin edir;
– işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır;
– xidməti fəaliyyətlə bağlı baş idarənin rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.