Hansı yerlərdə daxili kanalizasiya şəbəkələrinin açıq və ya gizli çəkilməsinə yol verilmədiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Aşağıdakı yerlərdə daxili kanalizasiya şəbəkələrinin açıq və ya gizli çəkilməsinə yol verilmir:
– tavanın altında, divarlarda və döşəmədə:
– yaşayış otaqlarında;
– mətbəxlərdə;
– məktəbəqədər təhsil müəssisələrində və internat tipli məktəblərdə yataq və oyun otaqlarında, mehmanxanalarda, xəstəxana palatalarında;
– müalicə və müayinə kabinetlərində;
– yemək zallarında;
– inzibati və ictimai təyinatlı binaların işçi və ofis otaqlarında;
– iclas zallarında, tamaşa zallarında, kitabxanalarda, tədris auditoriyalarında;
– transformator, elektrik lövhələri, avtomatik idarəetmə pultları və vurucu ventilyasiya avadanlığı yerləşən istehsalat otaqlarında;
– xüsusi sanitariya rejimi tələb edən istehsal otaqlarında;.
– tavanın altında:
– ictimai iaşə müəssisələrində;
– ticarət zallarıda, qida məhsulları və qiymətli malların saxlanıldığı anbarlarda;
– vestibüllərdə;
– qiymətli rəssamlıq tərtibatı olan otaqlarda;
– üstünə nəm düşməsinə yol verilməyən istehsal avadanlığı qoyulmuş otaqlarda;
– nəmlikdən keyfiyyəti azalan qiymətli mal və materiallar istehsal edilən otaqlarda.
Qeyd. Vurucu ventilyasiya avadanlığı yerləşən otaqlarda:
– havanın götürülmə zonasından kənarda suaxıdıcı dik boruların;
– bilərziksiz xamutla birləşmələri olan kanalizasiya boru kəmərlərin yerləşdirilməsinə yol verilir.