Çərçivə-rabitə və rabitəli sxemlər üzrə yerinə yetirilən karkas binalarda, əgər bünövrələr digər sütunlar altında öz aralarında üfüqi istiqamətdə tavalarla, rabitə-dayaqlarla və s. konstruktiv əlaqəli deyilsə, deformasiya tikişləri yanında cüt sütunlar altında bünövrələrin bölünməməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Rabitələr olduqda ümumi beton (dəmir-beton) yastıqda sürüşmə tikişi olan qeyri-simmetrik cüt bünövrələrin verilməsinə yol verilir.