Dəmiryol yükləmə-boşaltma rampaları və platformaları üzərindəki talvar dəmir yolu xəttinin oxunu 0,5 m-dən az, avtomobil rampaları üzərindəki talvar isə avtomobil keçidini rampanın kənarından 1,5 m-dən az olmayaraq örtməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Anbar binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Yükləmə-boşaltma rampasının uzunluğu anbarın yük dövriyyəsindən və tutumundan, həmçinin binanın həcm-planlaşdırma həllindən asılı olaraq təyin olunmalıdır. Yükləmə-boşaltma rampasının və platformanın eni yükləmə-boşaltma işlərinin texnologiyası və təhlükəsizlik texnikasının tələblərinə müvafiq qəbul olunmalıdır.