Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sisteminə daxil olan qurumların, birinci və apellyasiya instansiya məhkəmələrin İKT infrastrukturunun və rəqəmsal informasiya resurslarının formalaşdırılması, saxlanılması, təkmilləşdirilməsi və inkişafı, onlar tərəfindən göstərilən xidmətlərin elektron mühitə keçirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi, innovasiya yönümlü layihələrin tətbiqi, təşviqi və innovativ təşəbbüskarlığının təbliği sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyəti həyata keçirən Nazirliyin müstəqil struktur qurumudur.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsi haqqında Əsasnamə”də əksini tapıb.