Fərdi yaşayış evlərində otaqların sahəsinin və həcminin hesablanması, evin mərtəbəliyinin müəyyən edilməsi “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na uyğun olaraq yerinə yetirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Layihələndirilən və yenidən qurulan fərdi evlərin yerləşgələrinin sahələri aşağıdakılardan az olmamaqla qəbul edilməsi tövsiyə edilir:
– ümumi otaqlar (və ya qonaq otağı) – 16 m2;
– yataq otağı – 9 m2 (iki nəfərə 12 m2, mansardda yerləşdirdikdə – 8 m2);
– təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin: yataq otağı- 9 m2;
– mətbəx – 9 m2;
– mətbəx-yemək otağında mətbəx zonası – 6 m2;
– hamam otağı – 3,2 m2;
– birləşdirilmiş sanitar qovşağı – 3,8 m2.