Fərdi yaşayış evlərinin həyətyanı sahəsinin tikinti əmsalı və tikinti sıxlığı əmsalı “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar”a uyğun qəbul edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Fərdi yaşayış evləri yerli əhəmiyyətli küçələrin qırmızı xəttindən 3 m-dən, ümumşəhər və rayon əhəmiyyətli küçələrin qırmızı xəttindən isə 5 m-dən az olmayan məsafədə yerləşdirilməlidir. Yaşayış məntəqələrinin müfəssəl planlarının hazırlanması şəraitində mövcud şəhərsalma vəziyyəti nəzərə alınmaqla qeyd olunan məsafənin azaldılmasına və ya fərdi yaşayış evinin yerli əhəmiyyətli küçənin qırmızı xəttində yerləşdirilməsinə yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri təmin edilməklə yol verilir.