Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin vəzifələri sırasına Nazirliyin sisteminə daxil olan qurumlarda insan resursları ilə işin vəziyyətini yoxlamaq, həmin qurumlarda qulluq keçmə və əmək qanunvericiliyinin icra vəziyyətini öyrənmək, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması barədə təkliflər hazırlamaq daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
İşçilərin seçilib yerləşdirilməsi, onlara xüsusi rütbələrin, ixtisas dərəcələrinin, o cümlədən məhkəmə eksperti ixtisas dərəcələrinin verilməsi, vakant vəzifələrin icrasının digər işçiyə həvalə edilməsi, işçilərin xidməti fəaliyyətinin stimullaşdırılması, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq edilməsi və digər kadr məsələləri barədə Nazirliyin rəhbərliyinə arayışlar təqdim etmək, müvafiq əmr və sərəncam layihələri hazırlamaq da bu vəzifələr sırasındadır.