İstehsalat və məişət kanalizasiyasının ayrılmış sistemlərinin hansı hallarda nəzərdə tutulmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
İstehsalat və məişət kanalizasiyasının ayrılmış sistemləri aşağıdakı hallarda nəzərdə tutulmalıdır:
– istehsalat tullantı sularının təmizlənməsi və ya emalı və istehsalat dövri su təchizatı sisteminin təşkili tələb olunan istehsalat binaları üçün;
– istilik utilləşdirmə qurğuları və ya yerli təmizləyici qurğular olduqda hamamlar və camaşırxanalar üçün;
– mağazalar, ictimai iaşə müəssisələri və qida məhsullarının təkrar emalı müəssisələrinin böyük çoxfunksiyalı binaları üçün.