İşlənmiş ərazilərdə mühəndis axtarışlarına və tikinti üçün layihə və kompleks əsaslandırma sənədlərinin hazırlanmasına dair əlavə tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
İşlənmiş ərazilərdə tikilən bina və qurğuların layihələri aşağıdakıları özündə əks etdirən dağ-geoloji və geotexnik əsaslandırmalar əsasında işlənilməlidir:
– işlənmə qalınlığı haqqında geoloji və hidrogeoloji məlumatlar;
– yeraltı dağ-mədən qazmalarının keçid planları, faydalı qazıntıların işlənilməsində faydalı qazıntıların işlənilmə perspektivi göstərilməklə dağ-mədən işlərinin planları;
– faydalı qazıntıların işlənilməsi sistemləri haqqında məlumatlar;
– yer səthinin deformasiyalarının gözlənilən (ehtimal olunan) qiymətləri haqqında məlumatlar;
– nəzərdə tutulan tikinti və dağ-mədən mühafizə tədbirlərinin siyahısı;
– qanunla tələb olunan icazələr.