Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin hüquqları sırasında müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək və müvafiq sahədə Nazirliyin sisteminə daxil olan qurumlar və məhkəmələrə, habelə digər dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu vəzifələr sırasında müvafiq sahə üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, metodik və analitik materiallar, habelə tövsiyələr hazırlamaq, təkliflər vermək, çatışmazlıqların həlli üzrə görülməli olan tədbirləri prioritetləşdirmək də əksini tapıb.