Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin vəzifələri sırasında penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətini mütəmadi öyrənmək, onların cəmiyyətə reinteqrasiyası prosesində, həmçinin əfv və amnistiya aktlarının icra olunmasında iştirak etmək var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Həmçinin bu vəzifələr sırasında penitensiar müəssisələrdə insan hüquqlarının təmin edilməsi və müdafiəsi, işgəncələrin və pis rəftarın qarşısının alınması məqsədilə təkliflər vermək, bu sahədə ixtisaslaşmış yerli və beynəlxalq qeyri-hökumət, hüquq müdafiə təşkilatları ilə əlaqələri gücləndirmək, onların həmin müəssisələrə səfər və başçəkmələri üçün köməklik göstərmək və bununla bağlı fəaliyyəti əlaqələndirmək də əksini tapıb.