Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin vəzifələri sırasına ədliyyə orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə müvafiq məlumatların Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə daxil edilməsini Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq təmin etmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu vəzifələr sırasında şəffaflığın və aşkarlığın təmin edilməsi məqsədilə fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırmaq, müvafiq vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək və fəaliyyət istiqamətləri üzrə, qanunvericiliklə nəzərdə tutulmuş, həmçinin Nazirliyin rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək də var.