Tikinti obyektinin istismarı ilə bağlı ən azı 2 il zəmanət müddəti müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.
Müddətin axımı tikintinin istismarına icazə verildiyi gündən hesablanır. Tərəflər müqavilə ilə bu müddətdən daha artıq müddət müəyyən edə bilərlər. Zəmanət müddəti ilə bağlı tələb müvəqqəti tikililərə şamil edilmir.
Zəmanət müddəti ərzində meydana çıxan qüsurlar və çatışmazlıqlar podratçı (baş podratçı) tərəfindən aradan qaldırılır.