Yaranmış xərclərin maliyyə təminatının formalaşdırılması məqsədilə hər ilin dövlət büdcəsində vəsaitin proqnozlaşdırılması ilə bağlı təkliflər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi (Operator) tərəfindən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aidiyyəti üzrə təqdim edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Köçürülən vəsait xəzinə uçotunda nəzərə alınarkən hər bir əməliyyat üzrə yaranmış xərcin büdcə səviyyələri üzrə qruplaşdırılması təmin edilməlidir.