Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin vəzifələri sırasına nazirliyin nikah evi və qeydiyyat şöbələrinin, notariusların notariat fəaliyyətinin və Dövlət notariat arxivi müdirinin fəaliyyətini yoxlamaq daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin, bölmələrinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunu öyrənmək və yerli icra hakimiyyətlərinin nümayəndəliklərinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində fəaliyyətinin həmin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən yoxlanılmasının və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülməsinin təmin olunmasına nəzarət etmək də bu vəzifələr sırasındadır.