İndiyə qədər ədalətdən ,insan hüquqlarından danışan bəzi dırnaq arası ölkələr indi bizim bərqərar etdiyimiz insan hüquqlarının ədalətin üstünə kölgə salmağa çalışır. Halbuki həyatlarında hüququn nə olduğunu dərk etməyi bacarmayıblar. Hansı hüquqdan danışa bilərlər ki?! Torpaqlarımızın işğalına göz yumduqlarından, o qədər günahsız vətəndaşların soyqırımlara məruz qalmasından, öz dədə-baba torpaqlarından didərgin düşməsindən, torpaqlarımızın qanunsuz şəkildə istismarına gözlərini yummalarından, heç bir addım atmadıqları hüquq normalardan?!  Hər bir hüququ, ədaləti öz gücümüzlə bərqərar etdik. İndi gəlib dırnaq arası hüquq təmsilçiləri kölgə salmağa çalışır. Ümumiyyətlə, AŞPA-nin rolu nədən ibarətdir?! Öz öhdəsinə düşən vəzifələri yerinə yetirmək əvəzinə başqalarının işinə qarışır. İstər Qarabağda baş verən qanunsuzluqlarda ,istər Ukraynada baş verən hadisələrdə  heç birində qanuni şəkildə həllinə çalışmadı. Daha da münasibətlərin gərginləşməsinə səbəb olan yersiz bəyanatlar verdi.

İndi də AŞPA Almaniya və Fransanın əlində bir oyuncağa çevrilən lazımsız bir oyuncaqdır. Bəllidir ki, Fransa bizim uğurumuzla barışa bilmir. Qanunun necə işlədiyini bilməyən dövlətlər qanundan, ədalətdən necə danışa bilər?!

İstər Almaniya, istərsə də Fransanın erməni yönümlü qüvvələri heç vaxt bizim qurduğumuz ədalətin üstünə kölgə sala bilməz. Ona görə də bütün etdikləri səylər mənasızdır. Bütün etdikləri ilə əslində dağılmaqda olan” zavallı” Ermənistanın məhvinə səbəb ola bilər. Guya indi ”zavallı” ermənilərin qanunsuzluqlarının üstünü ört-basdır etməklə xeyr vermiş olacaqlar. Halbuki bu, ermənilərin sonu demək olar.  Ermənistanın varlığı, yoxluğu bizim üçün maraqlı deyil. Bizə qarşı nəinki AŞPA, hər hansı qurum heç bir təzyiq göstərə bilməz. Biz ədalətin , hüququn rəmzi olan bir ölkəyik. Nəyin hüquqi, nəyin qanunsuz olduğunu çox yaxşı bilirik .

 

Şəlalə Hüseynova

Azərbaycan Dillər Universiteti