Azərbaycan 30 illik həsrəti dindirmə uğurunda belə sülh tərəfdarı idi. Biz möhkəm xalq olaraq daim sülhü qorumuşuq və onun tərəfindən bir addım belə geriyə atmamışıq. Lakin əyər silah gücü olacaqsa, ona cavab verəcək gücümüzün olduğunu da daim vurğulamışıq. Çünki bizim sarsılmaz, güclü, rəşadətli ordumuz var. Lakin biz qan tökmək yerinə danışıqlar yolu ilə məsələni həll etməyin tərəfində durmuşuq. Buna cavab olaraq düşmən tərəf bu 44 günlük müharibədə sülh istəmədi, qan tökülməsini istədilər. Lakin biz qan tökmək istəmirdik. Amma unutmamalıyıq ki, torpaq onun uğrunda ölən olarsa Vətən olar.
Bizim sülh tərəfdarı olduğumuz bütün dünyaya məlumdur. Lakin AŞPA bizim bu addımımızı danmaqdan başqa heç bir şey etmədi. Neçə hegemon dövlət sırf biz ərazi bütövlüyümüzü bərpa etdik deyə bizimlə əlaqələrini soyuq tutur. Yəni belə başa düşülür ki, bizim bir dövlət kimi tam müstəqil olmağımız dəstəklənmədi. Biz o 44 günlük müharibəni boşuna qazanmadıq. Şəhidləriniz oldu, xalqımız birləşdi, Vətən torpaqlarını azad etdik.
Sülh Azərbaycan dövləti yaranandan bizim milli şüarımızdır. Biz daim sülh naminə çalışmışıq və hal-hazırda da onu davam etdiririk. Prezidentimiz dediyi kimi, qan istəsələr qan, sülh istəsələr, sülh ilə cavab verəcəyik, amma ədalətsizliklərə qarşı artıq sakit dayanmayacağıq. Biz bir dövlət kimi birləşmişik və bu birlik həmçinin sülh naminə də əldə olundu. Biz müharibə bitdikdən sonra bir neçə ərazimizi sülh yolu ilə geri qaytardıq. Sülh olsa, dünyamızda əmin-amanlıq olar. Biz Azərbaycan dövləti bu əmin-amanlığı istəyirik. Daim da bunu tələb edirik, edəcəyik də. Sülh tərəfdarı olaq ki, dünyamızda əmin-amanlıq bərqərar olsun!
Nərmin Xanbutayeva
Azərbaycan Dillər Universiteti