Fərdi yaşayış evlərində yaşayış otaqları və yardımçı sahələr – mətbəx (o cümlədən mətbəx-yemək otağı), dəhliz (holl), sanitar qovşağı nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Bundan əlavə fərdi yaşayış evinin daxilində (o cümlədən kürsülük və zirzəmi mərtəbələrində) divariçi dolabların, buxar hamamının və ya saunanın, həmçinin zirzəmisində, birinci mərtəbəsinin daxilində və ya ona bitişik qarajın yerəşdirilməsinə yol verilir.
Fərdi yaşayış evlərinin kürsülük və zirzəmi mərtəbələrində yaşayış otaqlarının yerləşdirilməsinə yol verilmir.