Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin vəzifələri sırasına Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsi, o cümlədən qeyri-hökumət təşkilatlarının aidiyyəti dövlət orqanları (qurumları) ilə qarşılıqlı məlumat mübadiləsinin, qanunla müəyyən edilmiş məlumatların, hesabatların elektron formada verilməsinin və digər elektron xidmətlərin həyata keçirilməsi məqsədi ilə yaradılmış “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin fəaliyyətinin təmin edilməsində iştirak etmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Fəaliyyət istiqamətlərinə uyğun təşkil olunan ədliyyə sahəsində xidmətlərlə bağlı informasiya resurslarının, o cümlədən mobil tətbiqlərin, habelə qeydiyyat şöbələri və dövlət notariat ofislərində mövcud olan texniki proqram kompleksinin və rabitə infrastrukturunun işlək vəziyyətdə saxlanılmasında iştirak etmək, bununla bağlı Nazirliyin İnformasiya texnologiyaları və innovasiyalar idarəsi qarşısında məsələ qaldırmaq da bu vəzifələr sırasındadır.