Məişət suları ilə birlikdə kənar ediləcək və təmizlənəcək istehsalat tullantı suları öz çirklənmə dərəcəsinə görə yaşayış məntəqələrinin kanalizasiya sistemlərinə istehsalat tullantı sularının axıdılması “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına, “Sudan istifadə Qaydaları”na, eləcə də AzDTN 2.11-2-nin tələblərinə cavab verməlidir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Ətraf mühitdə çirkləndirici yükü azaltmaq  üçün dövri su təchizatı sistemlərindən mümkün qədər maksimal istifadə, tullantı sularının toplanması, təmizlənməsi və yağış və ərimiş qar sularından istifadə nəzərə alınmaqla iqtisadi əsaslandırılmış sukənarlaşdırma balansı hesablanmalıdır.