Fərdi yaşayış evlərində otaq və yerləşgələrin eninə dair tələblər açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Otaq və yerləşgələrin eni aşağıda qeyd olunan ölçülərdən az olmayaraq qəbul edilməlidir:
– yaşayış otaqları – 3,0 m;
– mətbəx – 2,6 m;
– dəhliz – 1,4 m;
– hamam – 1,5 m;
– ayaqyolu – 0,8 m, əl-üz yuyanla olduqda – 1,2 m.
Yaşayış otağının uzunluğunun eninə nisbətən 2 dəfədən çox olmayaraq qəbul edilməsi tövsiyə olunur.