Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin vəzifələri sırasına ədliyyə orqanlarının strukturu üzrə işçilərin ştat sayının və vakant ştat vahidlərinin uçotunu aparmaq və işçilərin təlimə olan ehtiyacının müəyyən edilməsi və onların peşə və ixtisas üzrə biliklərinin artırılması məqsədilə təlimlərə göndərilməsini və əlavə təhsil almasını təşkil etmək, bu məqsədlə ədliyyə orqanlarının tədris müəssisələrinin imkanlarından, habelə ixtisasartırma kurslarından, məşğələlərdən, seminarlardan, konfranslardan, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq tədris sistemindən istifadə edilməsi barədə təkliflər vermək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Məhkəmə-Hüquq Şurası ilə birgə birinci instansiya məhkəmələrinin hakimlərinin məzuniyyətdən istifadə məsələləri və xidməti ezamiyyələri ilə bağlı işləri aparmaq da bu vəzifələr sırasındadır.