Su-basqı çəninin, o cümlədən isti su çəninin yerləşmə hündürlüyü və hidropnevmatik çəndəki suayırıcı armatur qarşısında, birləşmiş su kəməri sistemlərində isə daxili yanğın kranları qarşısında, yanğın əleyhinə bütün su ehtiyatı sərfinə tələb olunan qədər minimal təzyiqi təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
İçməli su üçün basqılı və hidropnevmatik çənlər, həmçinin çən-akkumulyatorlar texniki reqlamentlərin tələblərinə uyğun materiallardan istifadə etməklə xaricdən və daxildən korroziya əleyhinə müdafiə olunmuş metaldan hazırlanmalıdır.
İsti su təchizatı sistemləri üçün çən-akkumulyatorların istilik izolyasiyası hesablama nəticələrinə əsasən nəzərdə tutulmalıdır.