Maliyyə Nazirliyi növbəti büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəriciləri əsasında onun büdcə təsnifatına uyğun olaraq mənbələr üzrə gəlirlərinin və xərclərinin rüblük, zəruri hallarda aylıq bölgüsünü müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Təşkilatların xərclərinin təmin edilməsində maliyyə resurslarının səmərəli idarə olunması, dövlət borclanmasınının büdcə kəsirinə uyğun olaraq tənzimlənməsi məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi (Operator) tərəfindən dövlət xəzinədarlığının, o cümlədən dövlət büdcəsinin maliyyə planlaması həyata keçirilir.