Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.
Heftelik.az-ın məlumatına görə, qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin aylıq əməyin ödənişi fondunun məbləği 10080 manatdan 31 466 manata qaldırılıb.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin işçilərinin əməkhaqlarının məbləği (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlər) təsdiqlənib:
Sıra №-si |
Vəzifələrin adı | Əməkhaqlarının məbləği | |
aylıq vəzifə maaşı (manatla) | mükafat (manatla) | ||
1. | Direktor | 2100 |
İl ərzində 2 (iki) aylıq vəzifə maaşı həcmində |
2. | Direktor müavini | 1850 | |
3. | Şöbə müdiri | 1500 | |
4. | Baş mütəxəssis, baş mühasib | 1300 | |
5. | Aparıcı mütəxəssis | 1150 | |
6. | Mütəxəssis | 1000 |
Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.